Modern.az

II qrupun abituriyentlərindən TQDK-ya etiraz

II qrupun abituriyentlərindən TQDK-ya etiraz

Təhsil

5 Avqust 2013, 10:34


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanları bəzi abuturiyentlər tərəfindən narazılıqla qarşılanıb. Modern.az-ın məlumatına görə, abituriyentlər imtahan suallarının həddindən artıq çətin olduğundan şikayət edirlər.

Narazı abituriyentlər və valideynlər TQDK-nın səhifəsinə xeyli sayda şikayət məktubu yazaraq haqsızlıqla üzləşdiklərini, imtahan nəticələrini qəbul etmədiklərini iddia edirlər. //www.facebook.com/eTQDK?fref=ts

TQDK isə abituriyentlərin şikayətlərinin əsassız olduğunu hesab edir.

Avqustun 3-də keçirilən imtahan nəticələri hələki rəsmən elan edilməyib. Nəticələrin bu gün və ya sabah elan olunacağı gözlənilir.

II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.  

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım