Modern.az

Məktəbəhazırlıq qruplarına qeydiyyat BAŞLADI

Məktəbəhazırlıq qruplarına qeydiyyat BAŞLADI

9 Avqust 2023, 11:00

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb.

 

Modern.az xəbər verir ki, saat 11:00-da başlamış proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.

 

***

08:37

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

 

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi