Modern.az

Oqtay Əsədov İranda Qarabağ problemini müzakirə edib

Oqtay Əsədov İranda Qarabağ problemini müzakirə edib

Təhsil

5 Avqust 2013, 10:31

İran prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak üçün Tehrana səfər edən Milli Məclisin sədri Oqtay Əsədov avqustun 4-də İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşüb.

Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin inkişafında mühüm rol oynayan parlamentlərarası əlaqələrin yüksəlişi üçün geniş imkanlar mövcuddur. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırıb.

İran parlamentinin sədri deyib ki, iki ölkə arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da sıx şəkildə qorunacaq. O qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və münaqişənin Azərbaycanın dövlət sərhədlərinin qorunması əsasında həllinə tərəfdardır.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair ətraflı müzakirələr, gömrük-keçid məntəqələrinin fəaliyyəti və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR