Modern.az

İlqar Məmmədovun tərəfdarları aksiya keçirdi - FOTO

İlqar Məmmədovun tərəfdarları aksiya keçirdi - FOTO

Təhsil

5 Avqust 2013, 12:54


REAL hərəkatının üzvləri məhbus liderləri İlqar Məmmədovla bağlı həmrəylik aksiyası keçiriblər. Paytaxtda axşam gəzintisinə çıxan aksiyaçıların əynində İlqar Məmmədovun fotosu, “İlqar Məmmədov təslim olmur”, “Cümhuriyyətçilər təslim olmur”, “İlqar Məmmədovu unutmayaq” şüarları vurulmuş köynəklər olub.

İlqar Məmmədov yanvarın 23-ü və 24-də İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub. Fevralın 4-dən həbsdədir.

1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində işləyib. Son iş yeri Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsi olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR