“Hazırda komitədə əlimizdə olan yarımçıq qanun layihəsi “Kooperasiyalar haqqında” qanun layihədir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov deyib. O qeyd edib ki, payız sessiyasında qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.
“Hazırda yeni qanun layihəsi üzərində işləyirik. Bununla bağlı sentyabrdan komitədə müzakirələr aparılacaq. Qanun layihəsinin üzərində iş getdiyi üçün bu haqda indidən danışmaq istəmirəm. Bundan əlavə, komitədə qalmış yarımçıq qanun layihələrinə payız sessiyasında yenidən baxılacaq”.
Aytən ƏLİYEVA