Modern.az

Bakıda isti olsa da, rayonlara yağış yağacaq - HAVA

Bakıda isti olsa da, rayonlara yağış yağacaq - HAVA

Təhsil

5 Avqust 2013, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yaxın iki gündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 30-32, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-24 dərəcə isti təşkil edəcək.

Avqustun 6-sı və 7-də Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, lakin avqustun 6-da günün birinci yarısında bəzi şimal rayonların azmüddətli yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında avqustun 6-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında avqustun 6-da hava əsasən yağmursuz olacaq, lakin günün birinci yarısında Böyük Qafqaz ərazisində qısamüddətli az yağış yağacaq. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR