İranın yeni prezidenti Həsən Ruhani rəsmi fəaliyyətə başladıqdan sonra ilk dəfə jurnalistlərlə görüşəcək. Modern.az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidməti görüşdə iştirak etmək üçün jurnalistlərə müraciət edib.
Bildirilib ki, Ruhaninin jurnalistlərlə ilk görüşün sabah prezidentin iqamətgahında, Bakı vaxtı ilə saatı 17:00-da keçiriləcək.
Ruhaninin ilk mətbuat konfransında yerli mətbuat nümayəndələri ilə yanaşı əcnəbi jurnalistlər də qatılacaq.
Modern.az