Modern.az

II qrupda 34 abituriyent imtahanlardan qovulub

II qrupda 34 abituriyent imtahanlardan qovulub

Təhsil

5 Avqust 2013, 13:36



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. 

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində 42 imtahan mərkəzində aparılıb.  

TQDK mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində davam edib. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanılıb və imtahanın gedişinə nəzarət olunub.
  
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılıb.  

İlkin məlumatlara əsasən müxtəlif binalarda 34 abituriyent qayda pozuntularına yol verdiklərinə görə - imtahanın gedişinə mane olma, sual kitabçalarını dəyişməyə və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım