Modern.az

Ali məktəb məzunları diplom işi müdafiə etməlidir, dövlət imtahanı verməlidir?

Ali məktəb məzunları diplom işi müdafiə etməlidir, dövlət imtahanı verməlidir?

5 Avqust 2013, 14:17

Hazırda ali təhsil müəssisələrini bitirənlər həm diplom işi müdafiə edir, həm də ali təhsil müəssisəsini bitirməklə bağlı dövlət imtahanı verirlər. Bəzi ali təhsil müəssisələrində isə tələbələrə bununla əlaqədar imkan verilir ki, ikisindən birini seçsin.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin yekun dövlət attestasiyası təhsil proqramının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək, məzuna müvafiq ixtisas dərəcəsi vermək məqsədilə həyata keçirilir.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Həmin Qaydaların 2.16-cı bəndinə görə isə yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. Qeyd etməliyik ki, bir qayda olaraq, yekun dövlət imtahanı əsas ixtisas fənlərini əhatə edən ancaq 1 imtahandan ibarətdir. Boloniya prosesinə qoşulmuş bütün ölkələrin əksər ali təhsil müəssisələrində tələbələrin yekun dövlət attestasiyası nəzərdə tutulub”-deyə nazirlikdən bildirilib.

 

Aytən ƏLİYEVA 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum