Artıq iki ildir ki, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə respublikanın orta məktəblərində 9-cu və 11-ci siniflər üzrə bütün buraxılış imtahanlarını Təhsil Nazirliyi deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilir. Bir müddət öncə TQDK bakı və regionlarda apardıqları buraxılış imtahanlarından ən çox “2” alan rayonların siyahısını açıqlayıb. Belə ki, ilk beşlikdə Sabirabad, Saatlı, Cəlilabad, Daşkəsən və Masallı rayonları durur. Keçən il də TQDK tərəfindən aparılan buraxılış imtahanlarında ən çox “2”alan rayonların siyası demək olar ki, eynidir. Belə ki, 2011-2012-ci tədris ilində buraxılış imtahanlarında şagirdləri ən pis nəticə göstər rayonların sırasında Sabirabad birinci yerdə gəlir. Buraxılış imtahanlarında şagirdləri ən şox “2” alan rayonların sonrakı sıralaması belədir: Cəlilabad, Zərdab, Astara, Hacıqabul, Füzuli, Daşkəsən, Kürdəmir. Qeyd olunduğu kimi cənub bölgəsi şagirdlərinin bilik səviyyəsinə görə ən son gələn rayonlar siyahısındadır. Rayon təhsil şöpbələrinin müdirləri isə Modern.az-a açıqlamalarında bunu araşdırdıqlarını və lazımi qurumlarla bu barədə müzkairələr aparıldıqdan sonra cəmiyyətə məlumat verəcəklərini bildirib.
Artıq Təhsil Nazirliyi buraxılış imtahanlarınıln nəticələri ilə bağlı təhlillərə başlayıb. Belə ki, Modern.az-ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Bildirilib ki, buraxılış imtahanlarının nəticələrinin rayon və şəhərlər üzrə təhlilinə başlanılıb. Qeyd edilib ki, həmin nəticələr təhlil və müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul ediləcək.
Aytən ƏLİYEVA