Modern.az

ABŞ səfirliyi seçkilərlə bağlı BƏYANAT verdi

ABŞ səfirliyi seçkilərlə bağlı BƏYANAT verdi

Təhsil

5 Avqust 2013, 15:49


ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Modern.az-ın məlumatına görə, səfirliyin yaydığı bəyanatda seçkilərin vaxtının oktyabrın 9-a təyin olunması, MSK ilə əməkdaşlıq, həbsdə olan müxalifətçilər və s. məsələlərə toxunulub:

- Birləşmiş Ştatlar, Azərbaycan hökumətinin Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkisinin 9 oktyabr 2013-cü il tarixində keçiriləcəyinin elan olunmasını alqışlayır. Seçki mövsümünün fəal mərhələsinin başlandığını nəzərə alaraq, biz, Azərbaycan hökumətini xalqın iradəsini əks etdirəcək azad və ədalətli seçki prosesini təmin etməyə çağırırıq. Müsəlman dünyasında ilk demokratik dövlət 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası olmuşdur.

Biz, Azərbaycan rəsmilərinə müraciət edərək onları bu qürurverici tarixə uyğun hərəkət etməyə, eləcə də öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında üzərlərnə götürdükləri öhdəlikləri yerinə yetirməyə, prezident seçkisi öncəsi və sonrası, sərbəst toplaşmaq, birləşmək və söz azadlıqlarına hörmət etməyə çağırırıq.

Səsvermə başladıqda pozuntu hallarının məhdudlaşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilən dairə seçki komissiyası rəhbərlərinin, seçicilərin və polisin öz hüquq və öhdəlikləri barədə maarifləndirilməsi fəaliyyəti bizi ruhlandırır. Bununla belə, azad və ədalətli seçkilər sadəcə seçki günü baş verənlərlə məhdudlaşmır. Seçki öncəsi qərəzsiz mühitin təmin olunması üçün Azərbaycan hökuməti bütün siyasi partiyaların və maraqlı qrupların kütləvi informasiya vasitələrinə bərabər çıxışının olmasını, hər hansı müdaxilə olmadan ölkənin hər bir yerində seçki kampaniyası tədbirlərinin və müntəzəm partiya görüşlərinin keçirilməsi azadlığını təmin etməlidir.

Bura, gənclərin ölkənin gələcəyi haqqında öz fikirlərini internetdə, mətbuatda, yığıncaq zallarında, inzibati qaydada və yaxud qeyri-müəyyən müddətə istintaq təcridxanasında saxlanılmaqdan və digər hədələrdən qorxmadan ictimai  meydanlardan istifadə edə bilməsinə imkan verən sağlam vətəndaş dialoqu mühitinin yaradılması da daxildir.

Biz, İlqar Məmmədov və Tofiq Yaqublu kimi gənc fəallar, jurnalistlər və siyasi liderlərlə bağlı aparılan məhkəmə prosesinin qanunun aliliyinə uyğun olaraq sürətləndirilməsini, şəffaf və ədalətli qərarın çıxarılmasına qətiyyətlə çağırırıq.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR