Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatına yeni təyin olunmuş sədr Naqif Həmzəyev yeni vəzifədə görəcəyi işlər haqqında Modern.az-a danışıb. O, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini söyləyib.
“İlk növbədə mənə göstərilən böyük etimada görə, ölkə prezidenti, partiyamızın sədri, cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir, məni dəstəkləyən bütün siyasi həmfikirlərimə təşəkkürümü çatdırıram.
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının VII konfransında təşkilatın sədri İsrafil İsmayılov öz ərizəsi ilə vəzifəsindən azad edilib. Təşkilatın sədri vəzifəsinə Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevin namizədliyi irəli sürülüb və seçilib.
Gültəkin ƏLƏSGƏR