Redaktorun sözlərinə görə, onu adının siyahıya salınması ilə bağlı heç kim xəbərdar etməyib. O, məsələ ilə bağlı Ukrayna Xarici İşlər nazirliyinə müraciət etməyəcəyini bildirib.
"Azərbaycanlıların nə etməsinin mənim üçün heç fərqi yoxdu. Bizim səfərimizdən sonra onların mətbuatına bizim KİV-ə qarşı kampaniya başladı. Həm jurnalistlərin, həm də "Seqodnya"nın ünvanına çoxlu təhqirlər var idi. O vaxt ukraynalı jurnalistlərdən ibarət böyük nümayəndə heyəti getmişdi və onların hamsı bu siyahıya düşüb.
"Bakıda mənim çox yaxın dostum var idi. Məhz o, "Seqodnya" qəzetinə qarşı aparılan informasiya müharibəsinin əsas ideoloqlarından idi. Biz indi münasibət saxlamaırıq"-deyə Kovalçuk əlavə edib.
Xatırladaq ki, "Seqodnya" qəzetinin əməkdaşı İrina Kovalçuk bir neçə il əvvəl qondarma rejimin “prezidenti” və “spikeri”ndən müsahibə götürüb. XİN-in açıqladığı siyahıda içində rəsmi şəxslərin, deputatların, jurnalistlərin oldğu 300-dən artıq xarici vəətndaş “qara siyahı”ya düşərək Azərbaycanda "arzuolunmaz şəxs" elan olunub.
Vüqar İsmayılov