Modern.az

II qrupun imtahan nəticələri açıqlandı – 700 bal toplayan olmadı

II qrupun imtahan nəticələri açıqlandı – 700 bal toplayan olmadı

Təhsil

5 Avqust 2013, 16:06

TQDK II ixtisas qrupu üzrə avqustun 3-də keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələrinin 7727-yə sms göndərməklə də öyrənə bilərlər.

Nəticələr komissiyanın rəsmi saytında da //tqdk.gov.az/netbak/ yerləşdirilib.

Bildirilib ki, II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

Ən yüksək nəticə - 690 bal olub.

İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım