Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Modern.az-ın xəbərinə görə, TQDK bəyan edib ki, II ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
"Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur".
Modern.az