“Litvalı diplomatların danışıqlarının internetə sızdırılması Litvaya və onun Avropa Birliyindəki sədrliyinə qarşı təxribatdır”. Modern.az bildirir ki, bu sözləri Litvanın prezidenti Dalya Qribouskayte "Delfi" agentliyinə açıqlamasında deyib.
Dövlət başçısının sözlərinə görə, bu hadisə litvalı diplomatlar üçün həm dərs, həm də Litva xüsusi xidmət orqanları üçün oyanmağa işarədir:
“Mən vəziyyəti ikitərəfli qiymətləndirərdim. İlk növbədə bu bir təxribatdır. İctimai məkanda ictimaiyyət üçün nəzərdə tutulmayan söhbət yayılıb. Əslində bu Litvaya qarşı həm də bizə-Avropa Birliyində sədrlik edən və söhbətdə adı çəkilən ölkələrdən biri də daxil olmaqla “Şərq Əməkdaşlığı” layihəsi çərçivəsində görüş hazırlayan ölkə kimi təxribatdır” -deyə Litva prezidenti deyib.
Prezident bu söhbətləri mən qeyri-professional və diplomatik xidmətin təcrübəsizliyi kimi qiymətləndirib. “Söhbətin belə məğzi olmasa idi mübahisə olmazdı. Hesab edirəm ki, bu hadisə bütün xidmət üçün yaxşı dərs olar ki, söhbət vaxtı çox rahatlamasınlar”-deyə Qribuskayte əlavə edib.
Modern.az