Modern.az

Vergilər Nazirliyində Kəbirə Məmmədovanın cinayət işi barədə xəbər yoxdur

Vergilər Nazirliyində Kəbirə Məmmədovanın cinayət işi barədə xəbər yoxdur

Təhsil

5 Avqust 2013, 16:47


Bakının Qaradağ rayonunda yerləşən və paytaxtın ən böyük bazarlarından sayılan “Binə” ticarət mərkəzinin rəhbəri, sahibkar Kəbirə Məmmədovaya qarşı vergi cinayətinin açılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə “Binə”  ticarət mərkəzində ciddi yoxlamalara başlanıldığı deyilir.

Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Vergilər Nazirliyi artıq rəsmi mövqeyini açılayıb.

Belə ki, nazirlikdən bildirilib ki, “Binə” ticarət mərkəzinin rəhbəri, sahibkar Kəbirə Məmmədovaya qarşı vergi cinayətinin açılması ilə bağlı onlarda heç bir məlumat yoxdur.  

Bir müddət öncə Kəbirə Məmmədovanın Azərbaycanı tərk etməsi ilə bağlı informasiyalar da yayılıb. Məlumata görə, iş adamı son vaxtlar törətdiyi özbaşınalıqların üstü açıldığı üçün Azərbaycandan qaçıb. 

Gültəkin ƏLƏSGƏR
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım