İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad yeni vəzifəyə təyin edilib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, ali dini lideri Ayətullah Seyyid Əli Xamenei eks-prezidentin Məsləhət Şurasına üzv olması barədə sərəncam imzalayıb.
Məsləhət Şurası İranın əsas siyasi strukturlarından hesab edilir.
Modern.az