Modern.az

Türkiyədə yüksək çinli məmurlara ömürlük həbs cəzası verildi - SİYAHI

Türkiyədə yüksək çinli məmurlara ömürlük həbs cəzası verildi - SİYAHI

Təhsil

5 Avqust 2013, 17:13


Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğa "Ergenekon" işi ilə bağlı ömürlük həbs cəzasına məhkum edilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Başbuğdan başqa, Hurşit Tolon, Şənər Əruyğur, Həsən Iğsız, Nüsrət Taşdələr, Vəli Küçük, Dursun Çiçək, Doğu Perinçek, vəkil Kamal Kerinçsiz və jurnalist Tuncay Özkan da ömürlük azadlıqdan məhrum ediliblər.

Türkiyə mətbuatı, məhkumları və onlara verilən cəzaları aşağıdakı kimi  yayımlayıb.

- Sabiq baş qərargah rəisi İlkər Başbuğa ömürlük, 

-CHP millət vəkili Sinan Aygün - 13 il, 

-istefada olan general Hurşit Tolon - ömürlük, 

-Levent Ersöz - 22 il, 

-CHP millət vəkili Mehmet Haberal - 12 il 6 ay, 

-CHP millət vəkili Mustafa Balbay - 34 il 8 ay, 

-İsmail Hakkı Pekin - 7.5 il  

-istefada olan admiral Mehmet Otuzbiroğlu - 20 il 6 ay 

-Mehmet Perinçek - 6 il 

- keçmiş YÖK sədri Kemal Gürbüz - 12 il 11 ay 

-Tuncay Özkan - ömürlük 

-Fatma Cengiz - 11 il 

-istefada olan polkovnik İlyas Çınar - 12 il 2 ay 

-Erkut Ersoy - 11 il 

-istefada olan general Kemal Yavuz - 7 il 6 ay 

-istefada olan podpolkovnik Mustafa Dönmez - 49 il 2 ay 

-Bedrettin Dalan və Turhan Çömezin də daxil olduğu axtarışda olan müttəhimlərin işi ayrılıb 

-Keçmiş rektorlar Ferit Bernay, Mustafa Yurtkuran – hər birinə 10 il 

-istefada olan general Vəli Küçük - ağırlaşdırılmış ömürlük (Hələlik təsdiqlənmir) 

-keçmiş polis rəisi Adil Serdar Saçan - 14 il 

-istefada olan admiral Alaattin Sevim - 10 il 

-İşçi Partiyası üzvü Hikmet Çiçek - 31 il 9 ay 

-Sedat Peker - 10 il 

- Yazar Ergün Poyraz - 29 il 4 ay 

- Emre Olcayto - 13 il 2 ay
-istefada olan polkovnik Arif Doğan - 25 il (cəmi 47 il 2 ay) 

- jurnalist Güler Kömürcü - 7 il 6 ay 

- Ülkü Ocakları keçmiş başqanı Levent Temiz - 10 il 

-istefada olan zabit Serdar Öztürk - 25 il 6 ay 

- keçmiş MGK baş katibi, istefada olan general Tuncer Kılınç - 13 il 2 ay 

-jurnalist Ünal İnanç - 19 il 1 ay 

-Levent Göktaş - 23 il 9 ay

-Yazar Yalçın Küçük - 22 il 6 ay

- keçmiş rektor Fatih Hilmioğlu - 23 il

-istefada olan polkovnik H.Atilla Uğur - 29 il 3 ay 

-keçmiş rektor Kemal Alemdaroğlu - 15 il 8 ay 

Hökm oxunan zaman aralaraında Doğu Perincekin də olduğu təqsirləndirilən şəxslərin bir neçəsi salonu tərk etməyə cəhd ediblər. Jandarm qüvvələrinin müdaxiləsi qarışıqlıq yaradıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR