ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edib. ABŞ-ın dövlət katibi Con Kerri Ceyms Uorlikin həmsədr təyin edildiyini bəyan edib. ABŞ-ın yeni həmsədri vəzifəsinin icrasına sentyabrda başlayacaq.
Qeyd edək ki, Uorlik bundan əvvəl ABŞ prezidentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb və ABŞ-la Əfqanıstan arasında təhlükəsizlik razılaşması üzrə əsas müzakirəçilərdən biri olub. Bunadək o, ABŞ-ın Bolqarıstanda səfiri (2009-2012-ci illərdə) olub və Dövlət Departamentində məsul vəzifələrdə çalışıb.
Modern.az