Modern.az

Xaricdə təhsil alacaq daha 29 nəfərin adı açıqlandı - SİYAHI

Xaricdə təhsil alacaq daha 29 nəfərin adı açıqlandı - SİYAHI

6 Avqust 2013, 10:43

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar verib.

Həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarəedilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.

Qeyd edək ki, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcək.

Modern.az Prezident yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi 29 namizədin siyahısını təqdim edir:

1. Abdullayev Murad Nizami oğlu

2. Abuzərli Fərid Zaid oğlu

3. Ağayev Rauf İbrahim oğlu

4. Bağırov Rasim Fikrət oğlu

5. Balayev Bəhruz Süleyman oğlu

6. Cavadov Əsgər Telman oğlu

7. Cəfərli İlkin İdris oğlu

8. Cəfərli Nicat Etibar oğlu

9. Cəmilov Rüstəm Məhəmməd oğlu

10. Əhmədova Natəvan Tofiq qızı

11. Əzizov Bəhruz Qüdrət oğlu

12. Hacıyev Cəlal Cümşüd oğlu

13. Həsənli Eldar Elgiz oğlu

14. Məmmədli Azər Adilxan oğlu

15. Musayev Kənan Mehman oğlu

16. Mustafaoğlu Abbas Faxrəddin oğlu

17. Puçaxov Nurlan Süleyman oğlu

18. Qara Əli Seyfəddin oğlu

19. Quliyev Alim Məqsəd oğlu

20. Quliyev Toğrul Emin oğlu

21. Rəsulova Nigar Tofiq qızı

22. Səfərova Vüsalə Faiq qızı

23. Süleymanlı Fərahim Məzahir oğlu

24. Teymurov Emil Kamal oğlu

25. Vəliyev Azad Əhliman oğlu

26. Vəliyeva Tinatin Tariyel qızı

27. Vəlizadə Fizuli Azad oğlu

28. Xəlilov Rəşad Bədrəddin oğlu

29. Xəlilov Şahin Rövşən oğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı