Modern.az

Dövlət Komitəsi Sumqayıtda xeyriyyə aksiyası keçirib

Dövlət Komitəsi Sumqayıtda xeyriyyə aksiyası keçirib

6 Avqust 2013, 12:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət Komitəsinin “Ramazan – Vəhdət ayı” layihəsi çərçivəsində Sumqayıt şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə bağlı yardım aksiyası keçirilib.

Modern.az xəbər verir ki, tədbir Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Tədbirdə Dövlət Komitəsinin və Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, eləcə də Sumqayıt şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən İslam dini icmalarının nümayəndələri iştirak ediblər. Ziyarətdən sonra tədbir iştirakçıları qarşısında çıxış edənlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən bu xeyriyyə aksiyasının artıq iki ildir ənənə halını aldığını bildirib bu təşəbbüsü yüksək qiymətləndiriblər.

Ümumilikdə, 115 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə qida məhsullarından ibarət Ramazan sovqatları verildi.





Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı