Modern.az

Bayram namazının vaxtı açıqlandı

Bayram namazının vaxtı açıqlandı

6 Avqust 2013, 12:27

Bakıda Bayram namazı Təzəpir məscidində qılınacaq. Modern.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib. Bayram namazının qılınması üçün şəriətə görə, ayın görünməsi vacibdir. Namaz ayın Azərbaycan ərazisində görünməsindən asılı olaraq avqrustun 8-i və ya 9-da olacaq. Namaz səhər saat 09:00-da Təzəpir məscidində qılınacaq. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ayın təzələnəcəyi vaxtı açıqlayıb. Ramazan ayından sonra ayın təzələnməsi avqustun 6-dan 7-nə keçən gecə saat 02:52-də baş verəcək.
Yeni ayı 2-3 gündən sonra görmək mümkün olacaq.

Qeyd edək ki, Ramazan bayramı avqust ayının 8-9-na təsadüf edir. 

 Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı