Modern.az

Milli Şura: ““B” planına keçmək üçün heç bir əsas yoxdur”

Milli Şura: ““B” planına keçmək üçün heç bir əsas yoxdur”

6 Avqust 2013, 13:11


“Belə müzakirələrin olduğundan mən xəbərsizəm. Bu gün Milli Şura və bu quruma ümid edən xalq birmənalı olaraq Rüstəm İbrahimbəyovun maqniti ətrafında birləşib”. Bunu Modern.az saytına açıqlamasında El Hərəkatı Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev müxalifətin seçkilərlə bağlı “B planı”nın olması barədə yazılanlara münasibət bildirərkən deyib. O bildirib ki, Rüstəm İbrahimbəyov olmasa, demokratik düşərgəni birləşdirmək üçün cazibə qüvvəsi də olmayacaq.

“Bu gün bizim heç bir əsasımız yoxdur ki, B və ya hansısa D variantına üstünlük verək”-deyən E.Quliyev əlavə edib ki, bu variantı dəstəkləyənlər yanlış yoldadırlar.

  Qeyd edək ki, “Yeni Müsavat” qəzetində Milli Şuranın seçkilərdə iştirakına dair yeni “B planı”nın olduğu haqda analitik yazı dərc olunub. Yazıda iddia olunur ki,  qarşıdakı prezident seçkilərində MŞ-nin vahid namizədi iştirak edə bilməyəcəyi təqdirdə, Müsavat başqanı İsa Qəmbər və El Hərəkatının lideri Eldar Namazov seçkilərdə iştirak üçün prosedurlara baş vururlar. Bu cür qərar verən digər Milli Şura üzvünə də əngəl törədilmir. Prosedurlardan sonra seçkiyə kimlər qatılacaqsa, daha sonra seçkinin gedişatında onların göstərdikləri performansa və şanslara uyğun qərarlar veriləcək. Əgər hər hansı bir anlaşmaya varılsa, bundan sonra şansı daha çox olan iddiasında vahid namizəd kimi qalacaq, az şansı olan(lar) isə namizədliklərini öndə olanın xeyrinə geri götürəcəklər.

  Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı