Modern.az

İsa Qəmbərin başqanlıqdan getməsi seçkidən sonraya qaldı - AÇIQLAMA

İsa Qəmbərin başqanlıqdan getməsi seçkidən sonraya qaldı  - AÇIQLAMA

6 Avqust 2013, 14:39

Müsavat Partiyasının taleyüklü probleminə çevrilən qurultay məsələsi hələ də açıq qalır. Bir vaxtlar partiya funksionerlərinin tez-tez gündəmə gətirdiyi məsələ indi demək olar ki, arxa plana keçib. Buna səbəb kimi partiyada bütün diqqətlərin prezident seçkilərə yönəldiyi göstərilir.

Son məlumatlara görə, partiyanın qurultayının seçkinin nəticələrindən asılı olaraq oktyabarın 9-dan sonra, yəni seçkidən sonra keçiriləcəyi planlaşdırılır. Partiya başqanın müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında faktı təsdiqləyib.  Onun sözlərinə görə, hakimiyyət Müsavata yer verməyəcəyi təqdirdə qurultay da seçkidən sonraya qalacaq.

“Bu aşkardır, məncə burda fikir söyləməyə ehtiyac yoxdur. Seçki kampaniyası elan edilib. Amma biz qurultay keçirməyə əvvəl də olduğu kimi, indi də tam hazırıq. Bizə yer versinlər, görün bu ay necə qurultay keçiririk”-deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının Nizamnaməsinə əsasən qurultayda İsa Qəmbər növbəti dəfə başqan seçimlərinə qatıla bilməyəcək. Partiya başqanlığına əsas namizəd kimi Arif Hacılının adı hallanır.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı