Modern.az

Rəsul Quliyev hakimiyyətə səsləndi: “Bizi xəcalətli olmaqdan xilas edin”

Rəsul Quliyev hakimiyyətə səsləndi: “Bizi xəcalətli olmaqdan xilas edin”

6 Avqust 2013, 17:06

“Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmalıdır, yoxsa bütün dünyanı özümüzə güldürəcəyik”.  Bu fikirləri eks-spiker, Milli Şuranın üzvü Rəsul Quliyev son proseslərlə bağlı Modern.az-a açıqlamasında bildirib.

R.İbrahimbəyovun qeydiyyata alınmayacağından narahatlıq keçirən R.Quliyev hüquqşünaslara müraciət edərək, bu məsələnin araşdırılmasını xahiş edib:

“Məsələ ondadır ki, Rüstəm İbrahimbəyovun namizədliyini qeydiyyatdan keçirməmək üçün heç bir qanuni əsas yoxdur. Nə Seçki Məcəlləsi, nə də Konstitusiya müddəası onun seçkilərdə iştirak etməsinə hüquqi baryer yaradır. Hüquqşünaslardan və beynəlxalq vəkillərdən soruşun, mənim dediklərimi təsdiqləyərlər. Mən özüm də bunu çox asanlıqla izah edərdim, ancaq yaxşı olar hüquqşünaslar izah etsinlər. Hökümət İbrahimbəyovu qeydiyyatdan keçirməyə bilər, bu, tamamilə başqa bir mövzudur. Bəli, bu ola bilər.

Çünki ölkə nə konstitusiv, nə də başqa qanunlarla yaşamır. Tək mərkəz yox, rayonlarda 16-cı əsrin xanlıqları kimi hər biri öz xanının müəyyənləşdirdiyi qanunlarla yaşayır. Hökümət və onun siyasətini dəstəkləyənlər hər tində İlham Əliyev qalib gələcək, kimdir Rüstəm İbrahimbəyov və ümumiyyətlə özlərini radikal müxalifət adlandıranlar, onlar heç bir faizdə səs toplaya bilməz deyə bağırışırlar. Onlara üzümü tutub deyirəm,cənablar bəlkədə siz düz buyurursunuz. Ancaq belə əminlik şəraitində nəyə görə 4 dəfədir parlament seçkilərini saxtalaşdırırsınız.”-deyə eks-spiker qeyd edib.

R.Quliyev həmçinin Milli Şura üzvlərini alternativ namizədlə bağlı səslənən fikirlərə son qoymağa çağırıb.

“Milli Şuranın ikinci namizədi heç vaxt olmayacaq, çünki İbrahimbəyov vahid namizəddir. Bu söz-söhbətlərə son qoymaq zamanıdır”.

R.Quliyev daha sonra İbrahimbəyovun seçkidə məğlub olacağını iddia edən iqtidar təmsilçilərinə müraciət edib.

“Mən hökumətə mədhiyyə oxuyanları dəstəkləmək istəyirəm. Qorxmayın, xalq bir nəfər kimi İlham Əliyevi sevir. Azad və ədalətli seçki keçirin, beynəlxalq təşkilatların tərifini qazanan triumfal qələbə çalın. Biz azərbaycanlıları da başqalarının qarşısında xəcalətli olmaqdan xilas edin”-deyə R.Quliyev deyib.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı