Modern.az

BMU-nun daha bir qrup məzunu xarici universitetlərdə təhsil alacaq

BMU-nun daha bir qrup məzunu xarici universitetlərdə təhsil alacaq

Təhsil

18 Avqust 2023, 15:19

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir qrup məzunu magistratura səviyyəsi üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib.

 

Modern.az xəbər verir ki, BMU-nun Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi ixtisasının 2023-cü tədris ili üzrə məzunları - Əlizamin Babayev və Bikə Məmmədzadə təhsilini Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində “Mechanical engineering modelling” ixtisası, Əbülfət Əsədov Böyük Britaniyanın Leeds Universitetində Mexatronika/Robotika ixtisası, Əlinur Əhmədli Çex Texniki Universitetində Kibernetika və robototexnika ixtisası, Murad Mustafazadə isə Nyu York Universitetinin Mexatronika/Robotika ixtisası üzrə davam etdiricək.

 

Qeyd edək ki, bakalavriat səviyyəsini Ə.Babayev ortalama müvəffəqiyyət göstəricisi 80.25, Ə.Əsədov 88, B.Məmmədzadə 81.03, Ə.Əhmədli 78.05, M.Mustafazadə isə 90.67 balla tamamlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?