Modern.az

UNEC-də ixtisas seçiminə kömək məqsədilə mərkəz fəaliyyət göstərir

UNEC-də ixtisas seçiminə kömək məqsədilə mərkəz fəaliyyət göstərir

Təhsil

19 Avqust 2023, 16:23

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə kömək göstərilməsi məqsədilə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal könüllü tələbələrindən ibarət “UNEC Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir.

 

UNEC-dən Modern.az-a bildirilib ki, abituriyentlər avqustun 25-dək “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqedilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məqamlar, eləcə də UNEC-də tədris olunan ixtisaslar barədə ətraflı məlumat almaq üçün “UNEC Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

 

Mərkəz həftəiçi hər gün saat 10:00-dan 16:00-a qədər, onlayn isə hər gün ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?