Modern.az

Daha 24 gənci xaricə təhsil almağa göndərəcəklər - SİYAHI

Daha 24 gənci xaricə təhsil almağa göndərəcəklər - SİYAHI

7 Avqust 2013, 10:37

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində daha 24 azərbaycanlı tələbə 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat verib.
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş həmin tələbələr təhsilini Böyük Britaniya (12 nəfər), ABŞ (3 nəfər), Kanada (2 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), Avstriya (1 nəfər), Türkiyə (1 nəfər), Avstraliya (1 nəfər), Belçika (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, riyaziyyat, kompüter elmləri, elektrik mühəndisliyi, turizm, hüquq, diplomatiya və siyasi elmlər ixtisasları üzrə davam etdirəcəklər.

Qeyd edək ki, Dövlət Proqramına 2013-2014-cü tədris ili üzrə sənəd qəbulu 15 avqust 2013-cü il tarixində başa çatacaq.

Modern.az həmin 24 namizədin siyahısınə təqdim edir:

1.  Abdullayev Əli Ceyhun oğlu

2. Ağayev Vüqar Rakif oğlu

3. Bayramov Elşən Arif oğlu

4. Bayramov Orxan Asəf oğlu

5. Cəfərov Ramin Muxtar oğlu

6. Cəfərova Leyla Fərhad qızı

7. Əhmədov Əli İsmayıl oğlu

8. Əliyev Ayxan Elxan oğlu

9. Əsgərov İlkin Siyavuş oğlu

10. İbrahimli Rəşid Rahid oğlu

11. İbrahimov Nicat Fuad oğlu

12. İsgəndərov Ceyhun Cəlal oğlu

13. İslamova Xədicə İlham qızı

14. İsmayılov Elçin Aydın oğlu

15. İsmayılov Orxan Qalib oğlu

16. Kərimova Yemən Nizami qızı

17. Mahmudova Fidan Əfqan qızı

18. Mehdiyev Qismət Qiymət oğlu

19. Mustafayeva Könül Ceyhun qızı

20. Qəribli Mahir Toğrul oğlu

21. Şabanov Sənan Çingiz oğlu

22. Sadıqova Nigar Adil qızı

23. Xəlilli Toğrul Azər oğlu

24. Xəlilli Aytac Nazim qızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı