Modern.az

Politoloq: “İlham Əliyev Milli Şuradan bir addım irəlidə olduğunu göstərdi” - ŞƏRH

Politoloq: “İlham Əliyev Milli Şuradan bir addım irəlidə  olduğunu göstərdi” - ŞƏRH

7 Avqust 2013, 12:27

Ölkə prezidenti İlham Əliyevin 3-cü dəfə namizədliyi irəli sürülmək üçün sənədləri MSK-ya təqdim olunub. Bu vaxta qədər isə müxalifət düşərgəsində iqtidarın seçkilərdə iştirakı ilə bağlı heç də birmənalı qarşılanmayan fikirlər səsləndirilib. Prezident İlham Əliyevin növbəti dəfə seçkilərə qatılmaq üçün MSK-ya göndərilən sənədləri hakimiyyətin qəti qərarının göstəricisi sayıla bilər. YAP bununla da “iqtidarın ikinci namizədi” fərziyyəsini darmadağın etdi. Görünən isə budur ki, artıq hakimiyyət seçkilərə YAP-ın namizədi İlham Əliyevlə qatılacaq. Seçkidə iştirak etmək üçün qərar verən Milli Şura isə hələ də vahid namizəd Rüstəm İbrahimbəyovun vətənə qayıdışını gözləyir. Bu siyasi proseslər fonunda hakimiyyətin atdığı real addımlar aparıcı müxalifət partiyalarının bir araya gəldiyi Milli Şura üzərində qələbə kimi dəyərləndirilə bilərmi?

 

Modern.az-ın bu və digər suallarının Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. O bildirib ki, seçkilərdə kimin qalib gələcəyini indidən söyləmək çətin olsa da, hakimiyyət bir addım irəlidədir. “Daha öncə də YAP qurultayını keçirdi və öz namizədini müəyyənləşdirdi. Müxalifət isə bundan bir ay sonra toplandı və öz vahid namizədini təyin etdi. Birinci mərhələdə biz hakimiyyətin öndə olduğunu deyə bilərik”-deyən siyasi ekspert hesab edir ki, hakimiyyət ikinci aşamada da bir addım öndədir.     

O qeyd edib ki, Milli Şura isə hələ də vahid namizəd məsələsinin necə həll olunacağını bilmir. “Çünki Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması və Azərbaycana qayıtması problemi həll olunmayıb. Hələ də vahid namizədlə bağlı müxalifətdə mübahisələr gedir. Milli Şura qeyd etdiyim kimi, hər iki mərhələdə gecikib. Milli Şura tələsib qərarını verməlidir”-deyə E. Şahinoğlu bildirib.   

Ekspertin sözlərinə görə Milli Şuranın vahid namizədi R. İbrahimbəyov pasport problemini  həll edib Azərbaycana dönsə belə, onun ciddi PR kompaniyasına ehtiyacı var. “İqtidarın siyasəti nə qədər tənqid olunsa da, bu o demək deyil ki, avtomatik olaraq müxalifətin namizədinin qələbə qazanmaq şansı var. Rüstəm İbrahimbəyovu ola bilsin Azərbaycanın intellektual dairələrində tanıyırlar. Mən özüm rayondayam və görürəm ki, Rüstəm İbrahimbəyovu istənilən səviyyədə tanımırlar. Bu baxımdan Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsa, onu bölgə-bölgə gəzdirib təbliğatını aparmaq lazımdır”-deyə analitik mesaj verib.

 

A qşin KƏRİMOV 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı