Modern.az

Jurnalist Nicat Dağlardan xəbər var

Jurnalist Nicat Dağlardan xəbər var

7 Avqust 2013, 12:47

Müalicəsini Almaniyada davam etdirən jurnalist Nicat Dağların səhhəti əvvəlkinə nisbətən yaxşıdır. Bu barədə Modern.az-a jurnalistin həyat yoldaşı Ülviyyə Hüseynova məlumat verib. O bildirib ki, əvvəlkinə nisbətən Nicat Dağlar özünü daha yaxşı hiss edir.

“Əvvəl qanaxmaları çox olurdu. İndi özünü yaxşı hiss edir və səhhətində irəliləyişlər var”.   Ülviyyə Hüseynova jurnalistin müalicəsi barədə həkimlərin qərarının növbəti müayinədən sonra bəlli olacağını bildirib.

“Həkimlər onu növbəti dəfə müayinə edəcəklər və bundan sonra nə olacağını, yəni müalicəsinə qərar veriləcək”.  

Qeyd edək ki, leykoz xəstəliyindən əziyyət çəkən “Teleqraf.az” saytının baş redaktorunun müalicəsi dövlət hesabına aparılır.

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı