Bu gün Beynəlxalq Mətbuat Mərkəzinə yığışan Kəlbəcər rayon məcburi köçkünləri qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəkləri ilə bağlı bəyanat veriblər. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədri, Azərbaycan Respublikası Ağsaqqllar Şürasının İdarə Heyyətinin və Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanov bildirib ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməl prinsipidir. Bu gün Azərbaycan xalqı vətəndaş olaraq millətinin və dövlətinin gələcəyini etibarlı və inamlı bir liderə həvalə etmək niyətindədir:
“Bu lider Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycanı sivil dövlətlər sırasına çıxaran, bütün həyatını xalqının maddi və mənəvi tərəqqisinə həsr edən möhtərəm prezidentimiz İlham Əliyevdir”.Bəyanatda daha sonra bildirilir: - 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyev xalqa müraciətində deyirdi: "Mən İlham Əliyevə özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". İndi bütün xalq İlham Əliyevə inanır və onun rəhbərliyi altında Azərbaycanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkənin iqtisadiyyatının inkişaf tempi 2 dəfə, dövlət büdcəsinin həcmi 10 dəfədən çox artmış, Azərbaycan 4 il ardıcıl dünyada ən yüksək iqtisadi inkişaf göstəriciləri nümayiş etdirmiş, ölkəmiz birmənalı şəkildə bölgənin lider dövləti kimi etiraf olunmuş, 700 mindən çox yeni iş yerləri açılması ilə ölkədə məşğulluğun mənzərəsi kökündən dəyişdirilmişdir.
Dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı hörmətli Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi ilə 1200-dən çox yeni məktəb binasının inşası və ya əsaslı təmiredilməsi, respublikanın bütün regionlarında onlarca ən müasir səhiyyə ocaqlarının əhalinin istifadəsinə verilməsi, vüsətli quruculuq-abadlıq işlərinin və müasir infrastruktur layihələrinin Azərbaycanın simasını büsbütün yeniləşdirməsi və müasirəşdirməsi danılmaz faktorlardandır. Yeni konsepsiya əsasında ölkənin tarazlı inkişafının təmin edilməsi, uzun illər Azərbaycanın yaşadığı işğal fəlakətin acı nəticəsi olan çadır şəhərciklərinin bütünlüklə ləğv edilərək, əvəzində 56 müasir qəsəbələrin məcburi köçkünlərin ixtiyarına verilməsi, dövlətin artan iqtisadi gücünün mühüm göstəricisidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqelərinin həll edici dərəcədə güclənməsi, ardıcıl olaraq həyata keçirilən tarazlaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin regionda və beynəlxalq aləmdə nüfuzunun və əhəmiyyətinin artması, bunların məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunun yüksəlməsi, regional və beynəlxalq layihələrə fəal təsir göstərən lider kimi birmənalı şəkildə etiraf olunması hər bir vətən övladını ürəkdən sevindirən amillərdəndir.
Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan adına qazandığı uğurların yalnız qısa siyahısıdır. - Azərbaycan xalqının, xüsusən Kəlbəcər rayon ziyalılarının və əhalisinin iradəsini ifadə edərək, - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinə sədaqətini bir daha nümayiş etdirərək və bu siyasətin alternativinin olmadığını qəbul edərək, - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi, siyasi, sosial və beynəlxalq sahələrdə möhtəşəm inkişafını və nailiyyətlərini yüksək qiymətləndirərək, - Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin səyləri ilə Azərbaycanın növbəti 5 ildə daha sürətli sosial-iqtisadi inkişafının, gücünün və qüdrətinin daha da artacağına dərindən inanımını ifadə edərək qərara alırıqki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Azərbaycan Respublikası Prezidentliyinə namizəd irəli sürülsün. Azərbaycan Respuplikasının Prezidenti cənab İlham Əliyevin namizədliyi Azərbaycan ziyalıları, Kəlbəcər rayon sakinləri, “AşıqŞəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin İdarə heyyəti və çoxminli üzvləri tərəfindən dəstəklənir və daima dəstəklənəcəkdir”.
Modern.az