Modern.az

İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb

İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb

7 Avqust 2013, 13:46


Bu gün Ümid Partiyasının qərargahında partiyanın IV (VI) qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda partiya sədri İqbal Ağazadə hesabat xarakterli çıxış edib və onun hesabatı qəbul olunub.

Daha sonra MNTK-nın hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab edilib. Qurultayda İ.Ağazadə yenidən partiyaya sədr seçilib. Eyni zamanda partiya Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı İ.Ağazadənin namizədliyini rəsmi olaraq irəli sürüb.

Qurultayda digər təşkilati işlərə də baxılıb.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı