Modern.az

Müəllimlərin müqavilə ilə vakansiya seçimi YEKUNLAŞDI

Müəllimlərin müqavilə ilə vakansiya seçimi YEKUNLAŞDI

23 Avqust 2023, 11:00

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün saat 1.00-da yekunlaşıb.

Modern.az-ın məlumatına görə, müddətli müqavilə ilə vakansiya seçiminə avqustun 21-də start verilmişdi.


Müəllimliyə hər bir namizədə müddətli müqavilə ilə 4 vakant yer seçmək imkanı yaradılmışdı.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə çıxarılıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?