Modern.az

Ali məktəblərə ixtisas seçimi başa çatdı: qruplar üzrə vəziyyət - SİYAHI

Ali məktəblərə ixtisas seçimi başa çatdı: qruplar üzrə vəziyyət - SİYAHI

29 Avqust 2023, 09:12

Ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
 

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumatına görə, ümumilikdə 70299 abituriyent ixtisas seçimi edib.

 

Ən çox ixtisas seçimi edənlər I qrupdadır – 20056 nəfər.

 

Daha sonra III qrupun abituriyentləri gəlir – 18107 nəfər.



II qrupda 15130 nəfər, IV qrupda 5348 nəfər, V qrupda 8194 nəfər ixtisas seçimi edib.



Xatırladaq ki, bu il I qrup üzrə plan yeri 18386-dir.



II qrup üzrə plan yeri 13285, III qrup üzrə plan yeri 16067, IV qrup üzrə plan yeri 4100-dir.





A.Qorxmaz
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?