Modern.az

Hansı qrupda neçə yer boş qalıb... - Abituriyentlərin DİQQƏTİNƏ

Hansı qrupda neçə yer boş qalıb... - Abituriyentlərin DİQQƏTİNƏ

31 Avqust 2023, 08:54

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edən 70301 nəfərdən  51941 nəfəri tələbə adını qazanıb.

Modern.az-ın məlumatına görə, ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanadan sonra hansı qrupda nə qədər boş yerin qaldığı müəyyənləşib.

Belə ki, universitetlərdə

I ixtisas qrupu üzrə: 1753 yer.

II ixtisas qrupu üzrə: 357 yer.

III ixtisas qrupu üzrə: 1174 yer.

IV ixtisas qrupu üzrə: 234 yer.

V ixtisas qrupu üzrə: 383 yer boş qalıb.
 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

DİM bildirib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?