Modern.az

“Topaz” Premyer Liqasının 2-ci turu lideri dəyişdi - SİYAHI

“Topaz” Premyer Liqasının 2-ci turu lideri dəyişdi - SİYAHI

12 Avqust 2013, 11:55

“Topaz” Premyer Liqasının 2-ci turunda 5 qarşılaşmada qapılara 14 top vuruldu. İlk turla müqayisədə bu, 1 top azdır.

Turun açılış maçı paytaxt derbisi ilə yadda qaldı. “Azal” komandası öz meydanında “Bakı” klubunu qəbul etdi. Bu oyunda “təyyarəçilər” 1-0 hesabı ilə qalib gəldilər. Turun ən qollu qarşılaşması isə Ağdamın “Qarabağ” klubu ilə Sumqayıtın “Sumqayıt klublarının görüşü oldu. Bu oyunda Ağdam təmsilçisi rəqibini böyük hesabla (5-1) məğlub etdi. Ümumilikdə baş tutan 5 qarşılaşmanın yalnız birində qapılara qol vurulmadı (“Xəzər Lənkəran” – “Simurq” 0-0). Beləliklə, birinci turun nəticələri aşağdakı kimidir:

“Azal” –  “Bakı” 1-0 

“Rəvan”- “Nefçi” 0-2

“Xəzər Lənkəran” – “Simurq” 0-0

“Qəbələ” – “İnter” 3-2 

“Qarabağ” – “Sumqayıt” 5-1

 

2-turdan sonra isə turnir cədvəlində vəziyyət belədir:  

1. “Qarabağ” – 6

2.“Nefçi” – 6

3. “Qəbələ”– 6 

4. “Simurq” – 4

5. “ Azal” – 3

6. Xəzər Lənkəran” – 2 

7. “ Sumqayıt” – 1

8. “Bakı” – 0

9. “İnter” – 0 

10. “Rəvan” – 0

 

 

Abbas Qəmli
      
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı