Modern.az

İsmayıllının ucqar dağ kəndində neft tapıldı

İsmayıllının ucqar dağ kəndində neft tapıldı

12 Avqust 2013, 11:59

“Belə hallar başqa yerlərdə də olub. Odur ki, bunlar araşdırılmalı, baxılmalı, tədqiqat aparılmalıdır”. Bunu Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev İsmayıllının Cülyan kəndində tapılan neft yatağına münasibət bildirərkən deyib. O, qeyd edib ki, bu cür hallarda mütləq araşdırma aparılır. Şirkət rəsmisinin sözlərinə görə, tədqiqat aparmaq məqsədilə SOCAR-ın texnikaları rayonda yerləşdirilib.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin (SOCAR) geoloji kəşfiyyatçıları və geofizikləri İsmayıllı şəhərinin üç kəndində böyük neft yataqları aşkarlanması ilə məlumat yayılıb. Artıq Cülyan kəndi ərazisində aparılan tətqiqatlar uğurla başa çatdığı deyilir. Kənd ərazisində böyük neft ehtiyatlarının olduğu bildirilir. SOCAR-ın əməkdaşları bu məqsədlə mütəmadi olaraq sözügedən ərazidə ölçmə işləri aparır. Artıq əraziyə xüsusi texnikalar yerləşdirilib. Yaxın aylarda qazma işlərinin aparılacağı bildirilir.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı