Avropanın ən möhtəşəm çempionatalarınan olan Almaniya Bundes Liqasının 2013-2014 ci illər mövsümü start götürüb. İlk turum açılış oyununda Almaniyanın ən titullu klublarından olan “Bavariya” “Borussiya Münhenqladbax”ı qəbul edib. Görüş 3-1 hesabı ilə Çempionlar Liqasının son qalibinin xeyrinə başa çatıb.
1-ci turda baş tutan 9 qarşılaşmada qapılara ümumilikdə 37 qol vurulub. Turun ən yadda qalan məqamı isə Avroliqada mübarizə aparan yeganə təmsilçimiz “Qarabağ”ın “pley-off”dakı rəqibi “Ayntxaxt Frankfurt”un ilk oyunda”Herta”ya 6-1 hesabı ilə məğlub olması olub. Bu oyun həm də 1-ci turun ən qollu qarşılaşması kimi tarixə düşüb. Ümumi nəticələri aşağıdakı kimidir:“Bavariya” – “Borussiya Münhemqladbax” 3-1
“Bayer” – “Frayburq” 3-1
“Auqsburq” – “Borussiya Dortmund” 0-4
“Hannover 96” - “Volfburq” 2-0
“Hoffenhaym” – “Nürnberq” 2-2
“Herta” – “Ayntraxt” 6- 1
“Ayntraxt” (Braunşveyq) – “Verder” 0-1
“Maynts” – “Ştutqart” 3-2
“Şalke” – “Hamburq” 3-3
Abbas Qəmli