Modern.az

Səfirliyimiz Türkiyədə təhsil alacaq tələbələrə müraciət etdi

Səfirliyimiz Türkiyədə təhsil alacaq tələbələrə müraciət etdi

Təhsil

31 Avqust 2023, 15:20

Türkiyədə təhsil almağa başlayan əcnəbi tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində bu ölkənin Sosial Müdafiə Qurumuna (SGK) müraciət edərək, tibbi sığorta oluna bilərlər.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi məlumat yayıb.

 

Qeyd edilib ki, tələbələr universitetlərə ilk qeydiyyata alındıqları tarixdən etibarən üç ay ərzində yazılı olaraq müraciət etmədikləri təqdirdə təhsil alacaqları müddətdə bir daha SGK-da sığorta oluna bilməyəcəklər.

 

Bildirilib ki, SGK tibbi xidmətlərin böyük əksəriyyətini qarşılayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?