Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar olaraq Bakının bəzi küçə və prospektlərində avtobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, hava limanından şəhərin mərkəzi istiqamətinə və həmin marşrutla Zuğulba qəsəbəsi istiqamətində olan küçə və prospektlər üzrə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.
DYP tıxac və yol qəza hadisələri yaranmaması üçün sürücülərə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi tövsiyə edib.
Modern.az