Milli Şura sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi rəsmən irəli sürülüb. Modern.az-ın məlumatına görə, bu barədə Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun bu gün keçirilən iclasında qərar qəbul olunub.
Iclasda İbrahimbəyovun sənədlərinin hazırlanaraq Mərkəzi Seçki Komissiyasına (MSK) tədqim olunacağı bildirilib.
Qeyd edək ki, təşəbbüs qrupunun toplantısı ACP-nin qərargahında mətbuata qapalı keçirilib.
Modern.az