İranın yeni prezidenti Həsən Ruhani özünə yeni müavinlər təyin edib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ruhani ölkəyə yeni iki vitse-prezidentinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Prezidentin sərəncamı ilə Məhəmməd Bağır Nöbəxt İranın planlaşdırma və strateji nəzarət üzrə vitse-prezidenti, Elham Aminzadə isə, ölkənin hüquqi məsələlər üzrə vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, Aminzadə Ruhani hökumətində vəzifəyə təyin olunan ilk qadındır.
Modern.az