Rusiya ilə ABŞ arasında davam edən siyasi gərginlik sosial şəbəkələrə də nüfuz edib. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, rəsmi Kreml Obamanın Putini bədbəxt şagirdə bənzətməsinə Twitter vasitəsilə sərt cavab verib. Məlumata görə, Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Aleksey Puşkov Twitter səhifəsində Rusiyanın ABŞ-ın siyasi müstəmləkəsi olmadığını yazıb: “Vaşinqtonda oturanlar anlamalıdırlar ki, Rusiya onların siyasi müstəmləkəsi deyil. Rusiya artıq Yeltsin Rusiyası deyil ”
Qeyd edək ki, ötən həftə ABŞ –Rusiya münasibətlərin izah edən Obama Putini müəllimdən gizlənən, sinfin arxa sıralarında oturan bədbəxt şagirdə bənzədib. O, eyni zamanda Putinin üçüncü dəfə Kremlə dönməsindən sonra anti-Amerika siyasəti yeritdiyini bildirib. Məsləhət olaraq qarşılıqlı münasibətlərdə fasilə verilərək bugünkü vəziyyətin nəzərdən keçirilərək dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
Elçin MURAD