Modern.az

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq

Təhsil

12 Avqust 2013, 13:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23, gündüz 34-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı