Xarici ölkələrdə orta və ali təhsil alan və ya təhsil almaq üçün gedən yetkinlik yaşına (18 yaşına) çatmayan vətəndaşların ümumvətəndaş pasportu almaq məqsədilə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanlanacaq arayışın hazırlanması üçün digər sənədlərlə yanaşı, xaricdə təhsil almasını sübut edən dəvət məktubu da (notarial qaydada təsdiq və tərcüməsi ilə) Təhsil Nazirliyinə təqdim edilməlidir. Gənclərin xaricdə təhsil almasını sübut edən dəvət məktubu internet vasitəsilə göndərilir və bu da əsl sənəd olmadığı üçün notariuslarda notarial qaydada təsdiq edilmir.
Modern.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi yaydığı məlumatda qeyd edib ki, 18 yaşına çatmamış vətəndaşlar və ya onların valideynləri hər hansı xarici dövlətdə təhsil almaq məqsədi ilə ümumvətəndaş pasportu almaq üçün Təhsil Nazirliyinə vəsatət məktubunun verilməsi üçün müraciət edirlər. Məlumatda bildirilib ki, Təhsil Nazirliyi tərəfindən tələb olunan sənədlər verilən arayışın hazırlanmasına əsas kimi tələb olunur. “Müraciətçinin xaricdə təhsil almasını sübut edən dəvət məktubunun tərcüməsi və notarial qaydada təsdiqi bu sənədlərin qeyri-dövlət dilində olması və onların həqiqiliyinin sübut olunması nöqteyi-nəzərindən tələb olunur”.Aytən ƏLİYEVA