Modern.az

Abel Məhərrəmov BDU-nun yanan binasına baş çəkdi

Abel Məhərrəmov BDU-nun yanan binasına baş çəkdi

12 Avqust 2013, 15:37

Bu günlərdə Quba rayonunun II Nügədi kəndində Bakı Dövlət Universitetinə məxsus 500 nəfərlik Quba Tədris-Təcrübə və İstirahət  bazasının açılışı nəzərdə tutulur. Modern.az xəbər verir ki, artıq binada son tamamlama işləri aparılır və yaxın günlərdə universitet kollektivinin istifadəsinə veriləcək.

 

Quba-Tədris-Təcrübə Bazasının təxminən 600 metrlik məsafəsində Bazanın taxta konstruksiyadan ibarət köhnə binasıolub. Həmin binada əvvəllər məcburi köçkünlər məskunlaşıb. Onların 4 ay bundan əvvəl başqa əraziyə köçürülməsindən sonra bina boş və istifadəyə yararsız qəza vəziyyətində idi. Yanğın baş verən binanın bir hissəsində söküntü işləri aparılmış,  tam şəkildə söküntüsü isə bu günlərdə başa çatdırılmalı idi. Binada baş verən yanğına səbəb uzun müddətdir ki, elektrik naqillərinin istifadəyə yararsızlığı ehtimal olunur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov hadisə yerində olub. Faktla bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı