Modern.az

Səfirlikdən rus gəmilərinin Bakıya gəlməsi ilə bağlı AÇIQLAMA

Səfirlikdən rus gəmilərinin Bakıya gəlməsi ilə bağlı AÇIQLAMA

12 Avqust 2013, 15:54

Dağıstan” raket gəmisi başda olmaqla Xəzər donanmasının Rusiyaya məxsus gəmilər dəstəsi avqustun 12-13-də Bakı limanına gələcək.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, bu səfərin məqsədi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirməkdir.

Səfərin proqramına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşlər və Rusiyaya məxsus gəmilərin şəxsi heyətini Azərbaycan paytaxtının görməli yerləri ilə tanış etmək nəzərdə tutulur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı