Artıq 1 ildir ki, alnındakı buynuzdan əziyyət çəkən qadın mediada məşhur olub. Bir il ərzində buynuz böyüyərək 6 sm ölçüsünə gəlib çatıb. Maraqlısı ondadır ki, qadının artıq alnının sağ tərəfindən də buynuz çıxmağa başlayır. Tez böyüyən tünd rəngli buynuz çox güman ki, bir ilə digər buynuz ölçüsündə olacaq. Qadın yatarkən, hərəkət edərkən buynuz ona maneə olur. Ancaq həkimlərin fikrincə buynuz qadın üçün təhlükəli deyil və o həyatını buynuzla da davam etdirə bilər. Ümumilikdə, bu cür problemlər ahıl insanlarda olur. Amma buynuz çox nadirdir. Həkimlər bu qədər tez inkişaf edən buynuzun nədən əmələ gəldiyini hələ də izah edə bilmirlər.
Ulduz İBRAHİMOVA