Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Əli oğlu Məmmədovun (İlqar Altay) prezidentliyə namizədliyi təsdiq edilib.
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsirində dəyişiklik edilib.
M.Pənahov, həmçinin qeyd edib ki, Müasir Müsavat Partiyası tərəfindən Hafiz Hacıyevin də prezidentliyə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, 7 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə və Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdir.
Modern.az